...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda internat məktəbi, körpələr və uşaq evlərində olub (FOTO)

Siyasət Materials 30 Sentyabr 2013 20:59 (UTC +04:00)
Sentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olmuşlar.
Leyla Əliyeva və Arzu Əliyeva Bakıda internat məktəbi, körpələr və uşaq evlərində olub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Sentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olmuşlar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 12 nömrəli xüsusi internat məktəbində oldular.

Leyla və Arzu Əliyevalara gül dəstələri təqdim edildi.

Bildirildi ki, 1969-cu ildən fəaliyyət göstərən bu məktəbdə beyin iflici əlaməti olan uşaqlar təhsil alırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məktəbdə 2010-cu ildə əsaslı təmir işləri aparılmışdır. Burada respublikanın bütün bölgələrindən 6-14 yaş arasında 141 uşaq təhsil alır. Onlar daim həkim, psixoloq və loqoped nəzarətindədirlər.

Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla səmimi söhbət etdilər və xatirə şəkli çəkdirdilər.

Sonda Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim olundu.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsinə gəldilər.

Leyla və Arzu Əliyevalara gül dəstələri təqdim edildi.

Düşərgədə uşaqlarla görüşən Leyla Əliyeva və Arzu Əliyeva onlarla söhbət etdilər, yaşayış şəraiti ilə maraqlandılar, uşaqların rəqslərinə tamaşa etdilər.

Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin kollektivi ilə xatirə şəkli çəkdirdilər.

Leyla Əliyeva və Arzu Əliyevaya məlumat verildi ki, düşərgədə 2013-cü ildə əsaslı təmir işləri aparılmış, həyətyanı sahə abadlaşdırılmışdır. Yeni, müasir stadion inşa edilmiş, hovuz yenidən qurulmuş, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək şərait yaradılmışdır.

Leyla və Arzu Əliyevalar uşaq evinin sakinləri ilə birgə çay süfrəsi arxasında söhbət etdilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində də oldular.

Leyla və Arzu Əliyevalara gül dəstələri təqdim edildi.

Məlumat verildi ki, 1930-cu ildə inşa edilən binada 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

Leya Əliyeva və Arzu Əliyeva valideyn himayəsindən məhrum uşaqlarla görüşdülər, onlarla söhbət etdilər.

Qeyd olundu ki, burada 3 yaşa qədər 39 uşaq böyüyür. Onlar müntəzəm olaraq tibbi müayinədən keçirlər. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır.

Leyla Əliyeva və Arzu Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirdilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evində də oldular.

Leyla və Arzu Əliyevalara gül dəstələri təqdim edildi.

Bildirildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulan bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Burada 103 uşağın müalicəsi, təhsili və təlim-tərbiyəsi ilə 90-a yaxın tibbi, pedaqoji və xidməti işçi məşğul olur.

Sonda Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim edildi.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Cənubi Qafqazda ilk dəfə yaradılan Daun Sindromlu Şəxslərin Assosiasiyasında da oldular.

Leyla və Arzu Əliyevalara gül dəstələri təqdim edildi.

Bildirildi ki, Assosiasiyanın əsas məqsədi daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasıdır.

Daun sindromlu uşaqlarla söhbət edən Leyla və Arzu Əliyevalara məlumat verildi ki, 96 uşaq və yeniyetmə burada öz vaxtlarını səmərəli keçirmək imkanına malikdirlər. Assosiasiyanın nəzdində "Dəcəllər" teatrı, rəqs, rəsm dərnəkləri, aşpazlıq məktəbi də fəaliyyət göstərir.

Qeyd edildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaxın zamanlarda Nizami rayonu ərazisində Daun Sindromlu Şəxslərin Assosiasiyasının yeni binası istifadəyə veriləcəkdir.

Leyla Əliyeva və Arzu Əliyeva uşaqların rəqslərinə tamaşa etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti