...

İsraildəki Azərbaycan diasporu İlham Əliyevin namizədliyini dəstəkləyir

Siyasət Materials 2 Oktyabr 2013 13:14 (UTC +04:00)
İsraildə fəaliyyət göstərən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası bu ölkədə yaşayan Azərbaycan icması adından müraciət yayıb.
İsraildəki Azərbaycan diasporu İlham Əliyevin namizədliyini dəstəkləyir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

İsraildə fəaliyyət göstərən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası bu ölkədə yaşayan Azərbaycan icması adından müraciət yayıb. Bu barədə Trend hakim Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən məlumat verib.

Müraciətdə deyilir: "Hazırda İsraillə Azərbaycan arasında əlaqələr intensiv şəkildə inkişaf edir və çiçəklənir. İsrail hər bir ölkə, xüsusilə də müsəlman ölkələri, ələlxüsus da bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanla yaxşı münasibətləri yüksək dəyərləndirir. Bu, sözsüz ki, İsraildəki Azərbaycan icması üçün çox xoş və qürurvericidir". Daha sonra müraciətdə bildirilir ki, ikitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan diasporunun, xüsusilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının səyləri böyükdür. Lakin bu münasibətlərin inkişafında, İsrail-Azərbaycan əlaqələrinə marağın artmasında əsas faktorun Azərbaycan dövlətinin yürütdüyü siyasət olduğu vurğulanır: "Prezident İlham Əliyev beynəlxalq aləmlə strateji tərəfdaşlıq əlaqələrini o qədər savadlı və məharətlə qurub ki, Azərbaycan Qərbin olduğu kimi, Şərqin də maraq dairəsindədir. Ölkələrlə qurulan münasibətlərdə İlham Əliyevin siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə aparıcı mövqe qazandırıb. Bütün bunlar Azərbaycanın hazırki Prezidenti İlham Əliyevin xalqına və dövlətinə firavanlıq bəxş etmək üçün yenidən bu məsuliyyətli posta seçilməyə layiq olduğunun təkzibolunmaz sübutudur".

Qeyd edək ki, İsraildə fəaliyyət göstərən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 2007-ci ildə Təl-Əviv şəhərində təsis olunub. Təşkilat Azərbaycandan köçmüş və hazırda İsrailin müxtəlif şəhərlərində yaşayan 30 minə yaxın yəhudini birləşdirir.







Məqalədə:
Xəbər lenti

Xəbər lenti