...

Mübariz Əhmədoğlu: Hansı əməllərinə görə ermənilər özlərini Rusiyanın strateji tərəfdaş hesab etdiklərini açıqlasınlar

Siyasət Materials 2 Oktyabr 2013 14:14 (UTC +04:00)
Ən azı beş məsələ göstərir ki, Vilnüs sammitində Ermənistan Aİ ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamağa hazırlaşır. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Hansı əməllərinə görə ermənilər özlərini Rusiyanın strateji tərəfdaş hesab etdiklərini açıqlasınlar

Azərbaycan, Bakı, 2 oktyabr / Trend, müxbir S.Əhmədova/

Ən azı beş məsələ göstərir ki, Vilnüs sammitində Ermənistan Aİ ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamağa hazırlaşır. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun fikrincə, bunlardan birincisi odur ki, prezident Serj Sərkisyan Gürcüstanla sərhəddə Baqrataşen Nəzarət-Buraxılış Məntəqəsinin (NBM) təməlqoyma mərasimində iştirak etdi. Gürcüstanla sərhəddə NBM-lərinin rekonstruksiyası Şərq Tərəfdaşlığı Proqramının tərkib hissəsidir. İkincisi, Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Şərq Tərəfdaşlığı Proqramının Vilnüs sammitinə hazırlıq iclasında iştirak etdi.

Eyni zamanda Aİ-nin Ermənistandakı nümayəndəsi T.Xristeanın Aİ-Ermənistan əməkdaşlığına dair münasibəti bu əməkdaşlığın lehinə tərəf dəyişdi. Baqrataşen NBM-in təməlqoyma mərasimində o da çıxış etdi və bu NBM-ləri Aİ ilə Ermənistan arasında əməkdaşlığa nümunə adlandırdı. Qısa müddət ərzində ABŞ, Fransa və Almaniyanın da mövqeyi Ermənistan-Aİ əməkdaşlığının xeyrinə dəyişdi.

Digər tərəfdən 700 milyon dollarlıq avrobondun buraxılması Ermənistanı Rusiyanın maliyyə "işğalından" qurtarmaq üçün Qərbin planının tərkib hissəsidir.

Beşinci məsələ isə ondan ibarətdir ki, "Moody`s" reytinq agentliyi Ermənistanın reytinqi ətrafında "rəqs" edir. Bir ay öncə Ermənistanın kredit reytinqini yaxşılaşdırdı, daha sonra 2-3 mövqe azaltdı, iki gün keçmiş yenidən qaldırdı. "Moody`s" avrobondlara müsbət kredit reytinqi verməkdə özbaşına deyil; o, alətdir. Qərb yenidən Ermənistana sahiblənmək istəyir. Bu, geosiyasi məsələdir: "Ola bilər ki, ermənilərin belə hərəkətlərinə görə RF Prezidenti V.Putin S.Sərkisyanı inkar edir. Moskvadakı məlum görüşdən sonra prezidentlərin görüşməsi üçün əlavə iki dəfə imkan yaransa da, V.Putin S.Sərkisyanla görüşmədi: Moskvada erməni kilsəsinin açılışında iştirak etmədi, Soçidə KTMT-nin sammitində isə S.Sərkisyanla görüşməkdən imtina etdi".

Politoloqun sözlərinə görə, V.Putinin yanında Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzvlüyü xahiş edən S.Sərkisyan Ermənistanın müşahidəçi statusla Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması niyyətindədir. Ehtimal ki, Rusiyada belə məsləhət biliblər. Bir neçə ehtimal var:

a) Rusiya Ermənistan üzərində tam sahibliyini nümayiş etdirir: Ermənistan mənim süpürgəmdir, harada istəsəm ora da qoyaram;

b) Ermənistan ŞƏT-də Rusiyanın antiçi aləti rolunu oynayacaq. Tacikistan və Qırğızıstan Çindən çox asılı olduqlarına görə, bu işi yerinə yetirə bilmirlər;

Erməni siyasətçiləri Rusiyadan narazıdırlar: "Nə qədər ki, Rusiyanın hərbi bazaları Ermənistandadır, deməli ölkə rus tanklarının tırtılı altındadır", "Ermənistan indi nə Rusiyaya, nə də Qərbə lazım deyil". "Ermənistan V.Putinin sözü ilə bütün Avropanı təhqir etdi. Ermənistan V.Putinə məhz bu məqsəd üçün lazımdır".

Eks-prezident, Rusiyanın adamı hesab edilən R.Koçaryan Ermənistanın Gömrük İttifaqına üzvlüyünə münasibət bildirməyib.

RF Azərbaycan üçün "Bena" adlı, yenitipli silah istehsal etməyə başladı.

Ermənilər Rusiyaya qarşı etdikləriinə də diqqət ayırsalar faydalı olar.Hansı əməllrinə görə özlərini Rusiyanın strateji tərəfdaşı hesab etdiklərini açıqlasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti