...

Bəşşar Əsəd: Suriyanın gələcəyini Suriya xalqı müəyyən edəcək

Siyasət Materials 30 Oktyabr 2013 21:40 (UTC +04:00)
Suriya Prezidenti Bəşşar Əsəd Suriyanın gələcəyini müəyyən etmə haqqının Suriya xalqına məxsus olduğunu söyləyib. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.
Bəşşar Əsəd: Suriyanın gələcəyini Suriya xalqı müəyyən edəcək

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Suriya Prezidenti Bəşşar Əsəd Suriyanın gələcəyini müəyyən etmə haqqının Suriya xalqına məxsus olduğunu söyləyib. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Suriyanın dövlət agentliyi SANA xəbər verir ki, BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi əl-Əhdər İbrahimini qəbul edən B.Əsəd bildirib ki, Suriya böhranının siyasi yolla həlli üçün ölkədəki terrorçu qruplara dəstəyin dayandırılması lazımdır:

"Terrorçu qrupların Suriya ərazisinə girişini asanlaşdıran, onlara maliyyə dəstəyi verən bütün ölkələr bu dəstəyi dayandırmalıdır".

Suriyanın gələcəyini müəyyən etmə hüququnun Suriya xalqına aid olduğunu deyən dövlət başçısı tərəflər arasında dialoqun başlaması və arzu edilən məqsədlərə çatmaq üçün bu problemlərin əngəl törətdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti