...

Hadı Rəcəbli: Heydər Əliyev Azərbaycanın ən çətin vaxtlarında dövlətçiliyimiz üçün ən uğurlu addımları atdı

Siyasət Materials 12 Dekabr 2013 14:08 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin vaxtlarında dövlətçiliyimiz üçün ən uğurlu addımları atdı. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Hadı Rəcəbli: Heydər Əliyev Azərbaycanın ən çətin vaxtlarında dövlətçiliyimiz üçün ən uğurlu addımları atdı

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İzzət/

Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin vaxtlarında dövlətçiliyimiz üçün ən uğurlu addımları atdı. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun fikrincə, ulu öndər Heydər Əliyevin sosial müdafiə sahəsində xidmətlərini 3 aspektdən yanaşaraq qiymətləndirmək olar: "Birincisi, Heydər Əliyev qaçqın və məcburi köçkün probleminin yarandığı, ölkə iqtisadiyyatının iflic vəziyyətə düşdüyü, hakimiyyətsizlik dövründə hakimiyyətə gəldi. İkincisi, populist, bazar iqtisadiyyatından uzaq sosial siyasət var idi. Üçüncüsü, müstəqil dövlətin yeni sosial siyasəti qurulmalı idi, təşəbbüslər göstərilməli, islahatlar aparılmalı idi. Ulu öndər hər 3 istiqamətdə çox böyük uğurlu addımlar atdı. Bu, Azərbaycanın çətin dönəmində, dövlətçiliyi tarixində atılan ən uğurlu addımlar idi. Birinci, qaçqın və köçkünlər yerbəyer edildi, neft yataqlarından gələn bonuslar həmin şəxslərə yönəldildi, beynəlxalq humanitar təşkilatlar Azərbaycana cəlb olundu. İkincisi, ulu öndərimiz konkret addımlarla populist şüarların qarşısını aldı, məsələləri tənzimlədi, qanunlar yaradıldı, Konstitusiyanın böyük hissəsində sosial hüquqlar təsbit olundu, dövlət proqramları müəyyənləşdirildi. Üçüncüsü, islahatlara yol açıldı, pensiya və digər islahatlar aparıldı. Beləliklə, Azərbaycanda müasir sosial müdafiə sistemi yarandı".

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev isə həmin baza üzərində yeni bir sosial müdafiə sistemi yaradıb. Bu sistemdə ilk növbədə sosial problemləri doğuran səbəblər araşdırılır və aradan qaldırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti