...

İranda ev dustaqlığında saxlanılan müxalifət liderinin partiyası fəaliyyətini bərpa edir

Siyasət Materials 11 Yanvar 2014 16:33 (UTC +04:00)
Ev dustaqlığında saxlanılan İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubinin partiyası yenidən rəsmən fəaliyyətə başlayacaq.
İranda ev dustaqlığında saxlanılan müxalifət liderinin partiyası fəaliyyətini bərpa edir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir T.Cəfərov/

Ev dustaqlığında saxlanılan İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubinin partiyası yenidən rəsmən fəaliyyətə başlayacaq. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu partiyanın sədr müavini Rəsul Müntəcəbniya deyib.

O bildirib ki, "Etimade-Milli" partiyasının qurultayı keçiriləcək və partiya öz fəaliyyətinə yenidən başlayacaq: "Bir neçə ildir ki, partiya fəaliyyətini dayandırıb və heç bir qurultay keçirmir. Ölkənin daxili işlər naziri son müşavirəyə "Etimade-Milli" partiyasını da dəvət etmişdi və biz yenidən fəaliyyət üçün qərar vermişik".

2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən İran müxalifətinin liderlərindən olan, "Etimade-Milli" partiyasının baş katibi M.Kərrubi və Mir Hüseyn Musəvi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar. M.Kərrubi ev dustaqlığında saxlandığı gündən "Etimade-Milli" partiyasının ofisi bağlanıb. Üzvləri arasında fikir ayrılıqları yarandığı üçün partiyanın rəsmi fəaliyyəti dondurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti