...

AŞ PA-nın yeni sədri seçilib

Siyasət Materials 27 Yanvar 2014 16:05 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyasında qurumun yeni sədri seçilib.
AŞ PA-nın yeni sədri seçilib

Fransa, Strasburq, 27 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyasında qurumun yeni sədri seçilib.

Trend-in məlumatına görə, Lüksemburq Deputatlar Palatasının deputatı xanım An Brasör (Anne Brasseur) 165 səslə AŞ PA-nın yeni sədri seçilib. O, bu posta öz namizədliyini irəli sürənədək AŞ PA-da "Avropa naminə Demokratlar və Liberallar Alyansı" siyasi qrupunun sədri olub.

A.Drasör 165 səs toplayıb. Qeyd edək ki, ilk turda seçilmək üçün hər iki namizəddən biri 159 səs toplamalı idi.

AŞ PA sədri yenidən bir dəfə uzatmaqla bir il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti