...

Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri Mehdi Kərrubi öz şəxsi evinə köçürülüb

Siyasət Materials 2 Fevral 2014 09:35 (UTC +04:00)
İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi 3 il Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən naməlum yerdə ev dustaqlığında saxlandıqdan sonra ötən gün, öz şəxsi evinə köçürülüb.
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri Mehdi Kərrubi öz şəxsi evinə köçürülüb

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir T.Cəfərov/

İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi 3 il Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən naməlum yerdə ev dustaqlığında saxlandıqdan sonra ötən gün, öz şəxsi evinə köçürülüb. Bunu Mehdi Kərrubinin oğlu Məhəmməd Təqi Kərrubi öz şəxsi facebook səhifəsində yazıb.Bu barədə sahamnews.org xəbər portalı məlumat verir.

"Axır ki, 3 ildən sonra atam Təhlükəsizlik qüvvələri ilə yanaşı və eyni təhlükəsizlik standartları ilə ev dustaqlığını davam etdirmək üçün Tehranın Camaran bölgəsində yerləşən öz şəxsi evinə köçrülüb", - deyə Məhəmməd Təqi Kərrubi öz facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Mehdi Kərrubinin evinin birinci mərtəbəsində yerləşiblər.

Məlumata əsasən, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi açıq məhkəmədə mühakimə olunmasını tələb edir.

2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən İran müxalifətinin liderlərindən olan, "Etimade-Milli" partiyasının baş katibi M.Kərrubi və Mir Hüseyn Musəvi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar. M.Kərrubi ev dustaqlığında saxlandığı gündən "Etimade-Milli" partiyasının ofisi bağlanıb. Üzvləri arasında fikir ayrılıqları yarandığı üçün partiyanın rəsmi fəaliyyəti dondurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti