...

Türkiyədə dövlət rəsmilərinin telefon danışıqlarının qeyri-qanuni dinlənilməsi ilə bağlı cinayət işi açılıb

Siyasət Materials 25 Fevral 2014 14:01 (UTC +04:00)
Türkiyədə dövlət rəsmilərinin telefon danışıqlarının qeyri-qanuni dinlənilməsi ilə bağlı cinayət işi açılıb.
Türkiyədə dövlət rəsmilərinin telefon danışıqlarının qeyri-qanuni dinlənilməsi ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə dövlət rəsmilərinin telefon danışıqlarının qeyri-qanuni dinlənilməsi ilə bağlı cinayət işi açılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Məlumata əsəsən, hazırda adı açıqlanmayan iki prokuror qaldırılmış cinayət işi ilə bağlı saxlanılıb.

Fevralın 24-də Türkiyənin bəzi kütləvi informasiya vasitələri xəbər yaymışdı ki, 2011-ci ildə İstanbul prokurorluğu tərəfindən "Salam" terror təşkilatının üzvlərinə qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ölkənin həm iqtidar, həm də müxalifət partiyaları ilə sıx bağlı olan yeddi mindən artıq insanın telefon danışığı dinlənilib.

Bundan əlavə, xəbər verilir ki, antiterror əməliyyatları çərçivəsində Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın da telefon danışıqları dinlənilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvü Məzhar Bağlı bu gün verdiyi açıqlamada hökumət üzvlərinin telefon danışıqlarının yazısının üçüncü tərəfə verildiyini bildirsə də, üçüncü tərəfin kim olduğunu dəqiqləşdirməyib.

Dünən insidentlə bağlı açıqlama verən Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bəzi hökumət üzvlərinin terror təşkilatları ilə əlaqələrinin olmasını təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti