...

İran Xəzər dənizində təlimlər keçirib

Siyasət Materials 27 Fevral 2014 11:57 (UTC +04:00)
İranın Hərbi Dəniz Qüvvələri, Gəmiçilik İdarəsi, Polis və Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri Xəzərdə fövqəladə halların aradan qaldırılması üzrə müştərək təlim keçiriblər.
İran Xəzər dənizində təlimlər keçirib

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Hərbi Dəniz Qüvvələri, Gəmiçilik İdarəsi, Polis və Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri Xəzərdə fövqəladə halların aradan qaldırılması üzrə müştərək təlim keçiriblər. Bu barədə bu gün Gilan əyalətinin Gəmiçilik İdarəsinin sədri Fərhad Müntəsər Kuhsari deyib. Trend-in məlumatına görə, xəbəri İRNA yayıb.

F.M.Kuhsari bildirib ki, bu təlimlər Ənzəli limanı yaxınlığında 100-dən çox canlı qüvvənin və 10 gəminin işitrakı ilə keçirilib. Onlar neftlə çirklənmə ilə mübarizə və fövqəladə halların aradan qaldırılması üzrə təlim keçiblər.

Onun sözlərinə görə, təlimlər zamanı xilasedicilər insanların axtarışı və xilas edilməsi, yaralılara ilk tibbi yardımın göstərilməsi, fövqəladə vəziyyət zonasında və neftlə çirklənmiş ərazidə inkişaf etmiş texnologiyalardan istifadə etməklə mübarizə aparmaq yollarını məşq ediblər.

Təlimlərin hansı tarixdə və neçə gün müddətinə keçirildiyi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti