...

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri mayın əvvəlində Tbilisidə görüşəcəklər

Siyasət Materials 19 Mart 2014 13:13 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Abdullah Gül və Georgi Marqvelaşvili mayın əvvəlində Tbilisidə görüşəcəklər.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri mayın əvvəlində Tbilisidə görüşəcəklər

Gürcüstan, Tbilisi, 19 mart / Trend, müxbir N.Kirtsxaliya /

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Abdullah Gül və Georgi Marqvelaşvili mayın əvvəlində Tbilisidə görüşəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze bildirib.

Onun sözlərinə görə, əvvəllər üç ölkənin iqtisadiyyat nazirləri, daha sonra isə XİN rəhbərləri səviyyəsində görüşləri keçirilirdi: "İndi isə prezidentlər səviyyəsində üçtərəfli formatda görüşlərin təşkili barədə qərar qəbul edilib".

Nazir bildirib ki, görüşün gündəliyi və dəqiq vaxtı üç ölkənin dövlət rəhbərləri və XİN nümayəndələrinin məsləhətləşmələri gedişində müəyyən ediləcək.

Bu formatda sonuncu görüş fevralın 19-da Azərbaycanın Gəncə şəhərində keçirilibə Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri iştirak ediblər.

Görüşdə ölkələr arasında qarşılıqlı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti