...

AKP: ABŞ-Türkiyə münasibətləri pisləşə bilər

Siyasət Materials 11 Aprel 2014 13:44 (UTC +04:00)
Vaşinqton qondarma "erməni soyırımı" məsələsində Ankaranın maraqlarını nəzərə almazsa, ABŞ-Türkiyə münasibətləri pisləşə bilər.
AKP: ABŞ-Türkiyə münasibətləri pisləşə bilər

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir R.Hafizoğlu/

Vaşinqton qondarma "erməni soyırımı" məsələsində Ankaranın maraqlarını nəzərə almazsa, ABŞ-Türkiyə münasibətləri pisləşə bilər. Bu barədə çərşənbə axşamı Trend-ə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı bildirib.

Onun sözlərinə görə, Ankara və Vaşinqton strateji müttəfiqdirlər, lakin ABŞ bilməlidir ki, Türkiyə qondarma "erməni soyqırımı" məsələsinə çox həssas yanaşır: "Rəsmi olaraq Türkiyə həm erməni, həm də beynəlxalq icitmaiyyətə 1915-ci il hadisələri barəsində öz mövqeyini açıqlayıb. 1915-ci il hadisələri tərəfsiz və obyektiv tarixçilər tərəfindən araşdırılmalıdır".

M.Bağlı qeyd edib ki, araşdırılmayan 1915-ci il hadisələri Türkiyə əleyhinə istifadə edilə bilməz və Ankara bu addımı öz milli maraqlarına qarşı atılan addım kimi qəbul edir.

Dünən ABŞ Senatının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul edib.

Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti