...

Türkiyə müxalifəti Mosuldakı konsulluğun Ankaranın əmri ilə ələ keçirildiyini hesab edir

Siyasət Materials 12 İyun 2014 11:31 (UTC +04:00)
Türkiyə parlamentinin müxalif Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Sinan Oğan iddia edir ki, ölkənin Mosuldakı (İraqın şimalı) konsulluğu Ankaranın əmri ilə ələ keçirilib.
Türkiyə müxalifəti Mosuldakı konsulluğun Ankaranın əmri ilə ələ keçirildiyini hesab edir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə parlamentinin müxalif Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Sinan Oğan iddia edir ki, ölkənin Mosuldakı (İraqın şimalı) konsulluğu Ankaranın əmri ilə ələ keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "CNN Türk" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, Ərdoğan hökuməti konsulluğun əməkdaşlarına terrorçu qruplaşmanın yaraqlılarına əsir düşməyi əmr edib.

O bildirib ki, müxalifətdə bununla bağlı sübutlar var və bu günlərdə onun sözlərini təsdiqləyən sənədlər dərc olunacaq.

Dünən Mosuldakı Türkiyə konsulluğunun əməkdaşları hazırda yaraqlıların nəzarəti altında olan şəhəri tərk edə bilməyiblər. Bundan sonra Türkiyə hökuməti bəyan edib ki, konsulluğa hücum olunub və diplomatik missiyanın 48 əməkdaşı yaraqlılar tərəfindən girov götürülüb.

Son məlumatlara görə, bir az əvvəl Mosul və Tikriti ələ keçirən "İraq və Şam İslam Dövləti" qruplaşmasının yaraqlıları Bağdadı tutmağı planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti