...

Joze Manuel Barozzonun səfəri çərçivəsində Azərbaycanla yeni hüquqi baza üçün müəyyən razılaşmalar imzalanacaq

Siyasət Materials 12 İyun 2014 11:27 (UTC +04:00)
Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo Azərbaycana səfəri zamanı demokratiya, insan haqları, qanunun aliliyi barədə müzakirələr aparacaq.
Joze Manuel Barozzonun səfəri çərçivəsində Azərbaycanla yeni hüquqi baza üçün müəyyən razılaşmalar imzalanacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir S.Əhmədova/

Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo Azərbaycana səfəri zamanı demokratiya, insan haqları, qanunun aliliyi barədə müzakirələr aparacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında çox vacib münasibətlər mövcuddur. AK prezidentinin səfərinin məqsədi də ikitərəfli münasibətləri və mövcud olan gündəliyi daha effektiv şəkildə davam etdirmək, Aİ Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə etməkdir: "Ümid edirəm ki, Azərbaycanla yeni hüquqi baza üçün müəyyən razılaşmalar imzalanacaq. Barozzo həm də Ukrayna, Gürcüstan və Moldova ilə imzalanacaq sazişin vacibliyini Azərbaycana səfəri zamanı vurğulayacaq. Siyasi münasibətlərimizin daha da
möhkəmləndirilməsi üçün Aİ ilə Azərbaycan arasında bir saziş imzalanması nəzərdə tutulub. Barozzonun səfəri zamanı bu saziş də müzakirə olunacaq. Ümid edirik ki, gələn ay bu müzakirələr yekunlaşacaq".

M.Mard deyib ki, Azərbaycan Aİ ilə münasibətlərini daha da möhkəmləndirmək istəyir: "Bu gün Azərbaycanla çox yaxın münasibətlərimiz var, ticarət sahəsində əməkdaşlığımız daha da inkişaf edib, ona görə də bizim yeni hüquqi bazanın yaradılmasına
ehtiyacımız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti