...

Şəmkir rayonunda avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Siyasət Materials 13 İyun 2014 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Şəmkir rayonunda avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti