Gürcüstan, Тbilisi, 20 iyun /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan hökuməti ölkənin əraziləri işğal altında qaldıqca, Rusiya ilə diplomatik münasibətləri bərpa etmək niyyətində deyil. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən brifinqdə xarici işlər naziri xanım Mayya Pancikidze deyib.
O, RF xarici işlər nazirinin müavini Qriqori Karasinin diplomatik münasibətlərin bərpa olunması üçün Gürcüstanın addım atmalı olduğu barədə bəyanatını şərh edib.
Gürcüstan XİN rəhbəri qeyd edib ki, bu mərhələdə həmin məsələ heç bir beynəlxalq danışıqlar formatında müzakirə olunmur: "Nə qədər ki, ölkə ərazisinin 20 faizi işğal altındadır, Gürcüstan diplomatik münasibətlərin bərpa olunması istiamətində ilk addımı ata bilməz. Rusiya Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurub və Gürcüstanın ərzi bütövlüyünü və suverenliyini tanımır. Yalnız Rusiya Gürcüstanın ərazilərinin müstəqilliyini tanıdığına dair qərarını geri götürəndən sonra diplomatik münasibətlərin bərpa olunması haqqında söhbət gedə bilər".