...

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclasında müzakirə olunan sənədə qarşı çıxdı

Siyasət Materials 28 İyun 2014 11:26 (UTC +04:00)
ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclasında qurumun yer aldığı Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi üçün Finlandiyadan olan məruzəçi Pta Kaumanın hazırladığı “Silahlı qüvvələr üzərində nəzarət və Venesiya sənədi” adlı məruzədə Dağlıq Qarabağ münaqişəsi yer almayıb.
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclasında müzakirə olunan sənədə qarşı çıxdı

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclasında qurumun yer aldığı Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi üçün Finlandiyadan olan məruzəçi Pta Kaumanın hazırladığı "Silahlı qüvvələr üzərində nəzarət və Venesiya sənədi" adlı məruzədə Dağlıq Qarabağ münaqişəsi yer almayıb.

Trend-in məlumatına görə, buna etiraz edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxışında sənədin əleyinə olduğunu bildirib. B.Muradova qeyd edib ki, ATƏT PA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyini ortalığa qoymalıdır.

Sənəddə regional münaqişələrin ATƏT üçün əlavə çağırışlar yaratdığı qeyd edilib.

Sənəddə Dağlıq Qarabağ, eləcə də Gürcüstan və Moldova ərazisindəki münaqişələrə toxunulmayıb. Məruzədə Rusiyanın Krımı ilhaq etməsinə geniş yer ayrılıb. Məruzədə vurğulanır ki, Rusiyanın Krımı birtərəfli özünə birləşdirməsi bütün beynəlxalq qaydaları və müstəqil ölkələrin suverenliyini təhlükə altında qoyub.

Hazırda sənəd ətrafında müzakirələr aparılır.

Qeyd edək ki, bu gün Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclası keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti