...

Türkiyədə seçki qutularının 93 faizindən çoxu açılıb

Siyasət Materials 11 Avqust 2014 10:00 (UTC +04:00)
Türkiyədə seçki qutularının 93 faizindən çoxu açılıb.
Türkiyədə seçki qutularının 93 faizindən çoxu açılıb

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə seçki qutularının 93 faizindən çoxu açılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurasının (MSK) məlumatında deyilir.

İlkin məlumatlara görə, Türkiyədə prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğan liderlik edir. O, seçicilərin 56,56 faizinin səsini toplayıb.

İkinci yerdə 37,48 faiz səslə Ekmeleddin İhsanoğlu, üçüncü yerdə isə səslərin 8,96 faizini toplayan Səlahəddin Temirdaş gəlir.

Bu gün seçkilərin ilkin nəticələrinin elan edilməsindən sonra Baş nazirin tərəfdarları seçkilərdə qələbəni bayram etməyə başlayıblar.

Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb.

2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.

Türkiyədə 53 milyon 17 min 214 seçici var.

Prezident seçkiləri yerli vaxtla saat 17:00-dək davam edəcək. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.

Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab oluncaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.

Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.

Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaşdır.

I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti