Azərbaycan, Bakı, 23 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Pyotr Poroşenkoya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: " Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Ukraynanı ənənəvi möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq bu ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".