...

Ukrayna və Rusiya prezidentləri Donbasda atəşkəs rejimi haqqında razılığa gəliblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Sentyabr 2014 15:43 (UTC +04:00)
Ukrayna və Rusiya prezidentləri Pyotr Poroşenko və Vladimir Putin Donbasda daimi atəşkəs rejimi barədə razılığa gəliblər.
Ukrayna və Rusiya prezidentləri Donbasda atəşkəs rejimi haqqında razılığa gəliblər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:47-də yayılıb)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Ukrayna və Rusiya prezidentləri Pyotr Poroşenko və Vladimir Putin Donbasda atəşkəs rejimi haqqında razılığa gəliblər. Bu barədə Trend "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir.

Ukrayna dövlət başçısının rəsmi saytı məlumat verir ki, müvafiq razılaşma telefon söhbəti zamanı əldə olunub.

Məlumatda deyilir: "Söhbətin nəticəsi Donbasda atəşkəs rejimi haqqında razılaşma olub. Sülhün əldə olunmasına yardım edə biləcək addımlarla bağlı qarşılıqlı anlaşmaya nail olunub".

Bir müddət əvvəl V.Putinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, hər iki prezident Donbasda daimi atəşkəs rejimi haqqında razılığa gəliblər: "Dövlət başçıları bu ölkənin cənub-şərqində ən yaxın zamanda qan tökülməsinin qarşısını almaq üçün atıla biləcək ilkin addımlarla bağlı fikir mübadiləsi aparıblar".

O, qeyd edib: "İki ölkənin prezidentlərinin ağır böhranlı vəziyyətdən mümkün çıxış yolları haqqında baxışları xeyli üst-üstə düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti