Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
Ukrayna Prezidenti Pyotr Poroşenko bu gün Ukrayna və Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında qanunu imzalayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, P.Poroşenko Ali Rada sənədi ratifikasiya etdikdən sonra qanuna imza atıb.
Ukrayna Aİ ilə assosiasiya haqqında sazişi iyunun 27-də yekun olaraq imzalamışdı.
Sənəd müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsini, yerli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasını, Ukrayna məhsullarının Avropa bazarına çıxışını nəzərdə tutur.