Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Ötən gün Donbassda keçirilən antiterror əməliyyatı zonasında uzun müddətdən bəri heç bir Ukrayna hərbçisi ölməyib.
Trend-in "İnterfaks-Ukrayna"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
Onun sözlərinə görə, bu, real barışığın ilk günüdür: "Ötən sutka ərzində bir ukraynalı hərbçi belə yaralanmayıb. Nəhayət ki, atəşkəs rejimi işləməyə başlayıb. Bu, əsl bayramdır".