...

Ukrayna Prezidenti oğlunun deputatlığa namizədliyini verdiyini təsdiqlədi

Siyasət Materials 25 Sentyabr 2014 17:33 (UTC +04:00)
Ukrayna Prezidenti Pyotr Poroşenko oğlunun Ali Radada deputatlığa namizədliyini verdiyini təsdiqləyib.
Ukrayna Prezidenti oğlunun deputatlığa namizədliyini verdiyini təsdiqlədi

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Ukrayna Prezidenti Pyotr Poroşenko oğlunun Ali Radada deputatlığa namizədliyini verdiyini təsdiqləyib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Ali Radaya seçkilər oktyabrın 26-da baş tutmalıdır.

Prezident deyib ki, oğlu bu barədə onunla məsləhətləşməyib: "Oğlum qızğın mübarizənin gedəcəyi dairədən namizədliyini verib. Düşünürəm ki, o mənə layiq olacaq".

P.Poroşenko qeyd edib ki, oğlu könüllü əsasda hərbi xidmətə getmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti