...

Poroşenko Rusiya ilə sərhədlərin möhkəmləndirilməsi barədə hesabat verib

Siyasət Materials 4 Oktyabr 2014 23:23 (UTC +04:00)
Ukrayna şərq sərhədinin birinci və ikinci müdafiə xəttləri 80 faiz hazırdılar.
Poroşenko Rusiya ilə sərhədlərin möhkəmləndirilməsi barədə hesabat verib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Ukrayna şərq sərhədinin birinci və ikinci müdafiə xəttləri 80 faiz hazırdılar. Trend "İnterfaks"agentliyinə istinadən bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Onun sözlərinə görə, sərhəddə blindaj və istehkam qurğularının quraşdırılması uğurla gedir. Bu obyektlər, xüsusilə qışda hərbçilər üçün təhlükəsizliklə yanaşı, həm də nisbi rahatlıq təmin etməlidirlər.

Poroşenko həmçinin söz verib ki, Ukrayna hərbi rəhbərliyində daimi əsasda kadr dəyişikliyi aparılacaq.

Sentyabrın ortalarında Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurasında bildiriblər ki, güc strukturları Rusiya ilə 100 kilometrdən çox sərhədi nəzarət etmirlər - Azov dənizindən Luqansk Stanitsasına kimi. Sərhəd xətti və buraxılış məntəqələri davam edən hərbi əməliyyatların gedişində, Donbas yığma qoşun döyüşçüləriylə nəzarətinə götürülüb. Oktyabrın 2-də Ukrayna DİN rəhbəri Arsen Avakov bildirib ki, dövlət sərhədinin mühafizəsi Milli qvardiya qüvvələrinin iştirakı ilə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti