...

Azərbaycan Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının iclasında təmsil olunacaq

Siyasət Materials 25 Oktyabr 2014 16:38 (UTC +04:00)
Oktyabrın 27-28-də Qırğızıstanın Bişkek şəhərində Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək.
Azərbaycan Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının iclasında təmsil olunacaq

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Oktyabrın 27-28-də Qırğızıstanın Bişkek şəhərində Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək.

İclasda Azərbaycan Ağsaqqallar Şurasıının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Türk Akademiyasının gələcək fəaliyyətinə dair tövsiyələr, iqtisadi sahədəki əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsi, Türk Şurasına üzv ölkələrin diasporlarının regional mərkəzlərinin yaradılması, şuranın gələcək iş planı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti