...

Azərbaycan hərbçiləri Türkiyə və Rumıniyaya gedir

Siyasət Materials 22 Noyabr 2014 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 24-dən 28-dək Ankara şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı hümanitar yardım əməliyyatları kursu, noyabrın 25-dən 30-dək Antaliya şəhərində (Türkiyə) 31-ci Beynəlxalq Qastroentroloji konfransı, noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində (Türkiyə) Hərbi qulluqçu mübadiləsi, dekabrın 19-dək Braşov şəhərində (Rumıniya) Proqram və layihələrin idarə olunması kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti