...

MHP: "Türkiyədəki ermənipərəst qüvvələr xalqın yaddaşını silə bilməz"

Siyasət Materials 22 Noyabr 2014 15:30 (UTC +04:00)
"Türkiyədəki ermənipərəst qüvvələr əsla xalqın yaddaşını silə bilməz".
MHP: "Türkiyədəki ermənipərəst qüvvələr xalqın yaddaşını silə bilməz"

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türkiyədəki ermənipərəst qüvvələr əsla xalqın yaddaşını silə bilməz". Bunu Trend-ə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibinin müavini Abbas Bozyel Ankara Universiteti ilə "Hrant Dink Fondu"nun birgə keçirdiyi "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfransın keçirilməsinə münasibət bildirərkən deyib.

A.Bozyel qeyd edib: "Bu gün Türkiyədə belə konfransların keçirilməsi bir daha onu göstərir ki, Türkiyənin dövlətçiliyinə düşmənçilik bəsləyən qüvvələr var".

Onun sözlərinə görə, ölkənin şərqini erməni torpaqları kimi qəbul edib Ermənistan konstitusiyasına salan, qardaş dövlət olan Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə Türkiyə hər hansı ünsiyyət qura bilməz: "Bu gün Türkiyədə belə tədbirlərin keçirilməsinə baxmayaraq, ölkə siyasətinin və türk millətinin Ermənistana qarşı mövqeyi əsla dəyişən deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti