...

"Azərbaycan və Belçika arasında əməkdaşlığın böyük potensialı var" (FOTO)

Siyasət Materials 18 Dekabr 2014 17:56 (UTC +04:00)
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Belçikanın Lyej şəhərinə səfər edərək, eyniadlı əyalətin qubernatoru Mişel Fore və Əyalət Şurasının sədri Klod Klenkenberqlə görüşüb.
"Azərbaycan və Belçika arasında əməkdaşlığın böyük potensialı var" (FOTO)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Belçikanın Lyej şəhərinə səfər edərək, eyniadlı əyalətin qubernatoru Mişel Fore və Əyalət Şurasının sədri Klod Klenkenberqlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Belçikanın Lyej əyalətinin Azərbaycanın bir sıra regionları ilə əlaqələrinin yaradılması perspektivləri müzakirə edilib, iki tərəf arasında iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb.

F.İsgəndərov son illərdə ölkəmizdə həyata keçirilmiş iqtisadi islahatlar, əldə olunan uğurlar və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional layihələrlə bağlı həmsöhbətlərinə ətraflı məlumat verib.

Səfər çərçivəsində, həmçinin Lyej əyalətində fəaliyyət göstərən bir neçə aparıcı şirkətin təqdimatı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti