Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Respublikasının müdafiə naziri Xorvatiyanın Prezidenti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovu Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.
Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi və görüşlərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.
Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.