...

Bakının bir neçə yolu bağlanır

Siyasət Materials 25 Mart 2015 21:16 (UTC +04:00)
Bakıda təmir işləri işləri ilə əlaqədar bir neçə yol bağlanır.
Bakının bir neçə yolu bağlanır

Azərbaycan, Bakı, 25 mart /Trend/

Bakıda bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bu gün axşam saat 23:00-dən etibarən təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda, Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Martın 26-sı isə səhər saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti