...

Bosniya və Herseqovinanın xarici işlər naziri Bakıya gəlir

Siyasət Materials 22 Aprel 2015 13:19 (UTC +04:00)
Bosniya və Herseqovinanın xarici işlər naziri və Baş nazirin birinci müavini Zlatko Laqumdjiya aprelin 27-də Bakıya gələcək. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bosniya və Herseqovinanın xarici işlər naziri Bakıya gəlir

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Bosniya və Herseqovinanın xarici işlər naziri və Baş nazirin birinci müavini Zlatko Laqumdjiya aprelin 27-də Bakıya gələcək. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Zlatko Lagumdzijanın səfərinin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunan Forumda Zlatko Laqumdjiyanın çıxışı planlaşdırılır.

Qeyd edək ki, 2001-2002-ci illərdə Bosniya və Herseqovinada Baş nazir olmuş Zlatko Laqumdjiya Sosial Demokrat Partiyasının sədridir. O, kompüter elmləri və elektrotexnika sahəsi üzrə akademikdir.

Xatırladaq ki, Forumun işində 40-dan çox ölkə, sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə 75 ölkədən 350-dək nümayəndənin iştirakı gözlənilir. Forum çərçivəsində yeni dünya nizamının başlıca problemləri, Avropa İttifaqı və qonşuluq, enerji təhlükəsizliyi, etimadın qurulmasında dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiyanın əhəmiyyəti kimi mövzular barədə müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti