...

Ekspert: Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə məqsədli kampaniyalara başlayacaqları gözlənilən idi

Siyasət Materials 23 Aprel 2015 09:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Müəyyən xarici dairələrin Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə məqsədli kampaniyalara başlayacaqları, bu işdə onlara daxildən də dəstək verənlərin tapılacağı gözlənilən idi. Bunu Trend-ə açıqlamasında müstəqil ekspert Əlabbas Məhərrəmov deyib.

Onun sözlərinə görə, hər halda, ortada "Eurovision-2012" nümunəsi və böyük dövlətlərin konkret situasiyalarda Azərbaycana təzyiq xarakterli gedişləri zamanı şahidi olduğumuz məlum davranışları var: "İndi də bir qrup "daxili fəal" sosial şəbəkələrdə özləri ağılda və səviyyədə olanların ölkəni tərk etmələrinə hədəflənmiş kampaniyaya başlayıblar. Təbii ki, təşəbbüskarlarını kimsənin tanımadığı, sözləri sıfır təsirdə olanların bu kampaniyası dayanıqlığına görə sabun köpüyündən də kövrəkdir və hər hansı nəticəsi ola bilməz. O halda bu səs-küyün səbəbi nədir? Xaricilərin Azərbaycana münasibətini hardasa anlamaq olur. Bəs bunların məqsədi nədir? İnsanları ölkəni tərk etməyə çağırmaq nə deməkdir?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti