Türkiyənin Tarsus şəhərində Heydər Əliyev Parkının açılış mərasimi keçirilib (FOTO)

Türkiyənin Tarsus şəhərində Heydər Əliyev Parkının açılış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Türkiyənin Tarsus şəhərində Heydər Əliyev Parkının və Ümummilli Liderin burada ucaldılan abidəsinin açılışı münasibətilə təntənəli mərasim keçirilib.

Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədov iştirak ediblər.

Mərasimdə Türkiyənin Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şövkət Can və digər tanınmış şəxslər də iştirak ediblər.

Bundan başqa, Türkiyənin və Azərbaycanın elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri mərasimə qatılıblar.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə Respublikasının banısı Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olundu, dövlət himnlərimiz səsləndirildi.

Məlumat verildi ki, Bakının Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Xətai Parkı və ulu öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib. 2011-ci il martın 16-20-də Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adına salınmış körpünün açılış mərasimində Xətai rayonundan nümayəndə heyəti iştirak edib. Mövcud qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə 2012-ci il aprelin 12-dən 15-dək qardaş Türkiyədən böyük nümayəndə heyəti Bakı şəhərində, eləcə də Xətai rayonunda işgüzar səfərdə olub. Səfər çərçivəsində Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni parkın salınması və burada Ulu Öndərin abidəsinin ucaldılması qərara alınıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus bələdiyyəsinin sədri Şevkət Can mərasimdə çıxış edərək ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, türk dünyası qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycan ilə Türkiyə arasında daim inkişaf edən münasibətlərdən, region ölkələrinin kompleks inkişafına hesablanmış strategiyanın tarixi əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirib. Əsrlər boyu türk xalqlarının birliyinə nail olmaq üçün tarixi şəxsiyyətlərimiz dövrün siyasi şəraitinə uyğun mübarizə aparıblar. XX əsrin əvvəllərində bu tarixi missiyani Mustafa Kamal Atatürk, ötən əsrin sonlarından başlayaraq isə Heydər Əliyev uğurla həyata keçiriblər. Heydər Əliyev böyük bir uzaqgörənliklə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Qərbə doğru nəqlini təmin etməklə ölkələrimizin iqtisadi qüdrətini artırıb, beynəlxalq enerji təhlükəsizliyi məsələsində Türkiyənin qüdrətini durmadan yüksəldən yeni bir güc mərkəzi yaradıb. Odur ki, qardaş ölkədə Ulu Öndərin adının əbədiləşdirilməsi istiqamətində daha bir addımın atılması Heydər Əliyevin tarixi missiyası qarşısında mənəvi borcumuzdur.

Çıxışlarda əminliklə qeyd olunub ki, Heydər Əliyevin xatirəsinə göstərilən bu ehtiram onun şəxsiyyətinin ucalığının timsalında Tarsus şəhərinin sürətli inkişafına özünəməxsus təsir göstərəcək. Ulu Öndərin adını daşıyan parka gələn hər bir şəxs Azərbaycanı daha böyük hörmət və ehtiramla yad edəcək. Tədbirdə, həmçinin ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələrindən, o cümlədən artıq bəhrə verən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin və reallaşmaqda olan TANAP, TAP, Bakı-Tbilisi-Qars və Avrasiya Böyük İnformasiya Yolu layihələrinin əhəmiyyətindən danışılıb.

Rəsmi mərasimdən sonra ulu öndər Heydər Əliyevin abidəsi üzərindəki örtük götürülüb. Abidənin önünə tər çiçəklər düzülüb.

Sonra Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslər Heydər Əliyev Parkında ağac əkiblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana Böyükşəhər bələdiyyəsinin sədi Hüseyn Sözlü, Mersin vilayətinin valisi Özdemir Çabaçak və Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamazla ayrı-ayrılıqda görüşüb. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərin davamlı inkişafının əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deputat, yazıçı Hüseynbala Mirələmovun həmmüəllifi olduğu, Ulu Öndərin mənalı həyat yolu, zəngin fəaliyyətinə həsr edilən "Görkəmli insanların həyatı" silsiləsindən "Heydər Əliyev" kitabını Türkiyə rəsmilərinə hədiyyə edib. Bu kitab Heydər Əliyev Parkının açılış mərasiminin iştirakçılarına da paylanıb.

Açılışdan sonra Xətai Rayon İcra Hakimiyyətinin, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında möhtəşəm konsert proqramı olub.

Konsert Mersinin yerli telekanalı olan "Kanal 33" tərəfindən canlı yayımlanıb.

Azərbaycanda qaz hasilatı artıb
Azərbaycanda qaz hasilatı artıb
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Loading Bars
Xəbər lenti
Ərdoğan koronavirusa qarşı peyvəndin hazırlanmasındakı rəqabətdən imtina etməyə çağırdı
Ermənistan hərbi əməliyyatlara başlasa, nəticə necə olacaq? - Rusiyalı siyasi texnoloqun proqnozu
ABŞ-da koronavirusdan ölənlərin sayı 200 min nəfəri ötdü
Keçmiş səfir: Azərbaycan Qoşulmama Hərəkatının işğalçılıqla mübarizəsini yerinə yetirir
Ekspert: Məktəblərdə yoluxma statistikası artarsa, qabaqlayıcı tədbirlər görülməlidir
BMT üçün Azərbaycan önəmli ölkələrdən biridir – “Hədəf”də TƏHLİL
Təhsil Nazirliyi: Bu gün 10 şagirddə koronavirus aşkarlanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 270 min nəfərə çatır
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri “Orta Dəhliz”in rolunu gücləndirir
Mingəçevir Dövlət Universitetində yeni tədris ilində görüləcək işlər müzakirə olunub
Paşinyanın növbəti mifi - TƏHLİL
“Airbus” sıfır karbon tullantılı təyyarə prototiplərini təqdim edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Bakıda "Opel" markalı avtomobil yanıb
Baytarlıq sahəsində orqanların səlahiyyətlərində dəqiqləşdirmələr aparılıb
Sosial müdafiə və məşğulluq sahələrində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə layihələr davam edəcək
Nazirlər Kabineti: Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya tələb olunmur
Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri ilə görüşüb (FOTO)
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunub
Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır (FOTO)
Energetika Nazirliyinin səlahiyyəti artırıldı - SƏRƏNCAM
AMEA-da orfoepiya lüğətinin hazırlanması üçün işçi qrup yaradılıb
Balaxanı Sənaye Parkında 8 rezident fəaliyyətə başlayacaq (FOTO)
Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər
Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir
Pediatriya İnstitutunda tibbi aksiya keçiriləcək
Vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə İşçi qrupu fəaliyyətə başlayıb (FOTO)
Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb (FOTO)
Gədəbəydə GİKM-in növbəti nümayəndəliyi açılıb (FOTO)
Karantin rejimini pozan koronavirus xəstəsinə 3 ay həbs verildi
Musa Quliyev: Hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır
Mehmanxanaların ictimai iaşə sahələrində xidmətin təşkili ilə bağlı sahibkarlara müraciət edildi (FOTO)
Bakıda və Neftçlada özəl tibb mərkəzinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Tamam Cəfərova: Prezident İlham Əliyev dünya birliyinə çağırış etdi
“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı
Sentyabrın 23-də manatın dollara qarşı məzənnəsi
Təhsil Nazirliyi "Virtual məkəb"lə bağlı maarifləndirici məlumatlar təqdim edib (VİDEO)
Niderlandın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi (ƏLAVƏ OLUNUB)
Bakıda 394 obyekt karantin qaydalarını pozub - RƏSMİ
DTX vətəndaşlara müraciət etdi (VİDEO)
Pandemiya sınağı FOTOLARDA
Livanlı vəkil: Dünya ictimaiyyəti işğal olunmuş Qarabağda erməni terrorunu dayandırmalıdır
Azərbaycan məhsulları “Worldfood Moscow 2020” beynəlxalq sərgisində (FOTO)
Aydın Hüseynov: Azərbaycan Ermənistanın bütün təxribatlarına layiqli cavab verəcək
Vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran şirkət rəhbərlərinə cinayət işi açıldı
"Torqovı"da tavanı çökən bina təmir edilir - RƏSMİ
Sevil Mikayılova: Bu gün Ermənistan rəhbərliyi sülhə yox, müharibəyə hazırlaşır (VİDEO)
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” (FOTO)
Ağdaşda ev əşyaları ilə birgə yanıb
Almaniya parlamentinə şübhəli paket daxil olub
Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir
Galaxy Tab S7 - mobil cihazda kompüter rahatlığı
Bakı metropolitenində sərnişin sayı azalıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şağan qəsəbəsində yeni uşaq bağçasının istifadəyə verilməsi tədbirində iştirak edib (FOTO)
2 saylı Kliniki Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib (FOTO)
“Atəşgah” Sığorta Şirkətinin 30 000 AZN-lik sığorta ödənişi!
Sevil Mikayılova: Prezident İlham Əliyevin BMT-nin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər zamana köklənmiş çağırışlardır
"Torqovı"da mağaza yanıb (VİDEO)
Prokurorluq işçiləri tərəfindən könüllü qanvermə aksiyaları davam etdirilir (VİDEO)
Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” elmi-publisistik jurnalı çap olunub
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxdu, 113 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı (FOTO)
AŞPA Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayır
Azərbaycanda əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı azalıb
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb
Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı 200-ü keçdi
İtaliyalı ekspert: Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır
Baş prokuror Kamran Əliyev veteran prokurorluq işçiləri ilə görüşüb (FOTO/VİDEO)
“AzInTelecom” yeni “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib
Gürcüstana 21 613 dərslik və metodik vəsait göndərilib
Şəhid polkovnikin oğlu: Hər bir vətənpərvər gənc kimi hərbi təlimlərdə iştirak etməyə hazıram
Mehmanxanaların ictimai iaşə sahələrində bu zəruri qaydalara əməl edilməlidir
“AzerGold” QSC-nin istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti (FOTO)
İlin sonuna 2 DOST mərkəzinin açılışı planlaşdırılır (FOTO)
Taksi sürücüləri üçün etik qaydalarda dəyişiklik edilib
Suriyada əsir və girovluqda saxlanılan azərbaycanlıların qaytarılması müzakirə olunub
Deputat: Azərbaycanı beynəlxalq müstəvidə fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri multikultural dəyərlərimizdir
Türkiyəli general: Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var
Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı (FOTO/VİDEO)
Milli Məclisin Aqrar siyasət komitəsi iş planını açıqladı (FOTO)
Balakəndə zəlzələ olub
İtaliyada futbol hakimi öldürülüb
Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir
Deputat: Prezident Ermənistana, onun havadarlarına çox ciddi və açıq mesajlar verdi
Xeyli miqdarda tütün və tibbi məmulatların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
DİN "Pikap"ların postlarda saxlanılmasının səbəblərini açıqladı
Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bəhruz Quliyev: Paşinyan təxribatçı bəyanatları ilə Azərbaycanı müharibəyə təhrik edir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar (YENİLƏNİB) (FOTO)
Rusiyada son sutkada 160 nəfər koronavirusdan ölüb
Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
DİN oğurlanaraq pul tələb edilən şəxsin ölümü ilə bağlı məlumat yayıb
Bütün xəbərlər