...

Müstəqil ekspert: Azərbaycana qarşı kampaniyanın əsas məqsədi demokratiya və insan haqları deyil

Siyasət Materials 7 May 2015 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət/

"Birinci Avropa Oyunları ərəfəsində ABŞ Dövlət Departamentinin nəzarətində olan beynəlxalq təşkilatların cidd-cəhdlə davam etdirməyə çalışdıqları Azərbaycana qarşı qarayaxma kampaniyasının əsas məqsədi əsla demokratiya və insan haqları deyil. Əgər onlar demokratiya və insan haqları məsələsində, beynəlxalq hüquqa münasibətdə səmimi olsaydılar, o zaman hazırda dünyada Azərbaycanın və başqa ölkələrin ərazi bütövlüyü pozulmaz, milyonlarla insan öz ölkəsində qaçqın vəziyyətinə düşməz, təcavüzkarlar isə bu qədər şirnikləndirilməzdi".

Bunu Trend-ə açıqlamasında müstəqil ekspert Əlabbas Məhərrəmov deyib.

Onun fikrincə, Azərbaycana qarşı birmənalı qeyri-obyektiv mövqe tutan təşkilatların, onları idarə edən mərkəzlərin əsas niyyəti Azərbaycanı müstəqil siyasi xəttindən uzaqlaşdırmaq, təhlükəli planların icrasına cəlb etməkdir: "Amma təbii ki, ən azı Ukrayna nümunəsi onların planlarına qatılmağın hansı nəticələrə gətirib çıxaracağını tam açıqlığı ilə göstərir və daha düşünülmüş, mövcud gerçəkliyə uyğun siyasət yürüdülməsini zəruri edir. Görünən budur ki, beynəlxalq təşkilatların başladıqları və bu gün də davam etdirdikləri I Avropa Oyunlarını sabotaja yönəlmiş fəaliyyət tam iflasa məhkumdur. Onlar bu kampaniyanın miqyasını nə qədər genişləndirsələr də, bu destruktiv işə daha çox "yerli fəal" cəlb etsələr də, məqsədlərinə çata bilməyəcəklər".

Ekspert hesab edir ki, həmin qüvvələr Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Avropa Oyunlarına qarşı aparılan kampaniyanı pisləməsindən sonra bundan dərs almalı idilər: "Bundan başqa, ölkə daxilində də Avropa Oyunları ilə bağlı fikir ayrılığı yoxdur - cəmiyyət bütün ümummilli məsələlərə olduğu kimi, bu məsələdə də həmrəydir. Hətta müxalifət düşərgəsində olan partiyaların əksəriyyəti I Avropa Oyunları ilə əlaqədar müsbət mövqe ifadə edib. Fikrimcə, hakimiyyət təmsilçilərinin siyasi partiyalarla keçirilməsi nəzərdə tutulan növbəti görüşü də ölkədə siyasi konsensusun əldə olunması baxımından böyük əhəmiyyət daşıyır. Lakin Azərbaycana qarşı kampaniya aparanlar belə məqamları "unudur" və maraqlı da olsa, deyəsən, öz fəaliyyətlərinin iflasına yüz faiz əmin olmaq üçün nəticəsiz işlərini davam etdirməyə qərar veriblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti