Azərbaycan, Bakı, 8 may /Trend/
Ukrayna Prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri gözlənilir.
Trend-n məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko jurnalistlərə bildirib.
Səfir A.Mişenko səfərin dəqiq tarixi barədə məlumat verməyib.
O öz növbəsində gözlənilən səfərlə bağlı bunları da qeyd edib: "Biz istəmirik ki, səfər xatirinə səfər reallaşsın. Biz müsbət nəticələrin olmasını istəyirik və buna görə də, səfərlə bağlı hazırlıq işləri aparılır".