...

Bahar Muradova: YAP-ın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub

Siyasət Materials 15 Sentyabr 2015 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

Trend-in məlumatına görə, toplantıda hakim partiyanı bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlığa namizədlərinin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclas yaxşı keşdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti