...

İraqın Azərbaycandakı səfirinin fəaliyyəti başa çatır

Siyasət Materials 13 Oktyabr 2015 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Bərrakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və İraq xalqları arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğu vurğulanıb.

E.Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə iki ölkə əlaqələrin inkişafına həsr edilmiş məhsuldar görüşünü xatırladıb.

Əl-Bərrak diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. O, Bakı və Bağdad arasında açılan birbaşa hava uçuşlarının iki ölkə arasında iqtisadi-ticarət, turizm və insanlar arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Nazir səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti