Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə Trend Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.
P.Poroşenko qeyd edib: "Bu gün Ukrayna-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi üçün hər cür şərait var. Ölkələrimiz bunun üçün potensiala malikdir".
P.Poroşenko Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyini təsdiq edib: "Bu mövqe Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətə əsaslanır".