...

Prezident İlham Əliyevin Belarusda rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 28 Noyabr 2015 13:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 28-də Minskdə “Müstəqillik sarayı”nda rəsmi qarşılanma mərasimi olub.
Prezident İlham Əliyevin Belarusda rəsmi qarşılanma mərasimi olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 28-də Minskdə "Müstəqillik sarayı"nda rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti