...

Baş nazir: Ermənistan yenə də vaxtı uzadaraq problemin həllindən yayınır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Mart 2016 12:32 (UTC +04:00)
2015-ci ildə Azərbaycanda Ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetilib.
Baş nazir: Ermənistan yenə də vaxtı uzadaraq problemin həllindən yayınır (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

2015-ci ildə Azərbaycanda Ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş naziri Artur Rasizadə bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat"ı təqdim edərkən deyib.

A.Rasizadə bildirib ki, bunun da səbəbi Dağlıq Qarabağ münaqişəsinin davam etməsidir.

Baş nazir qeyd edib ki, qarşı tərəf yenə də vaxtı uzadaraq problemin həllindən yayınır və beynəlxalq qurumlar bu məsələdə hüquqa zidd mövqe tutub.

A.Rasizadə deyib ki, bunu nəzərə alaraq Ordunun gücləndirilməsinə xüsusi diqqət yetirilib və Ordumuz xeyli güclənib: "Düşmənin təxribatlarına Ordumuzun verdiyi tutarlı cavablar da bunu sübut edir".

Baş nazir əlavə edib ki, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması məqsədilə yeni hərbi hissələr və şəhərciklər tikilib istifadəyə verilib, 1500 zabit ailəsi mənzillə təmin edilib.

A.Rasizadə vurğulayıb ki, Silahlı Qüvvələrə Yardım Fonduna cəmiyyətin müxtəlif təbəqələri tərəfindən ianə kimi daxil olan vəsait artaraq 70 milyon manatdan çox olub: "Ümumilikdə, Silahlı Qüvvələrlə bağlı görülən bütün işlərin maliyyələşməsinə 3.3 milyard manat vəsait ayrılıb. Fərəhləndirici haldır ki, bu gün Azərbaycanda hərbi-sənaye kompleksi müəssisələrində 1000-dən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti