...

Müdafiə naziri zabit heyəti ilə toplantı keçirib, göstərişlər verib (FOTO)

Siyasət Materials 27 Aprel 2016 19:39 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı ilə toplantı keçirib.
Müdafiə naziri zabit heyəti ilə toplantı keçirib, göstərişlər verib (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı ilə toplantı keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı müdafiə nazirinə məruzələr edilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti