Oqtay Əsədov: Cəbhədəki son hadisələr sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər

Oqtay Əsədov: Cəbhədəki son hadisələr sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər

Bakı. Trend:

Aprelin 29-da Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Maltanın xarici işlər naziri Corc Vellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sədr qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan Malta ilə əlaqələrin inkişafında maraqlıdır: "Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi ölkəmizin xarici siyasətində önəmli yer tutur. Malta ilə siyasi əlaqələrimizin yüksək səviyyədə olması digər sahələrdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaradır. Bu günədək ölkələrimiz arasında iki sənəd imzalanıb. Zənnimizcə, münasibətlərimizin hüquqi bazasını daha da möhkəmləndirmək günün tələbidir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar mövcuddur".

O.Əsədov deyib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri buna parlaq misaldır. TANAP və TAP kimi qaz layihələrinin reallaşması isə Avropanın enerji xəritəsini tamamilə dəyişəcəkdir. Ölkəmiz Maltanın enerji sektoruna investisiya yatırımında da iştirak edir".

Spiker qeyd edib ki, öz iqtisadi inkişafına görə regionun lideri olan Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var: "Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının, AŞ PA-nın qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Cəbhəyanı bölgələrdə erməni silahlıları tərəfindən dinc əhali, yaşayış və ictimai binalar atəşə məruz qalır. Cari ilin aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər. Ancaq biz hesab edirik ki, münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həlli üçün hələ imkanlar qalmaqdadır. Bunun üçün nüfuzlu beynəlxalq qurumların və ayrı-ayrı dövlətlərin səylərinin artırılmasına ehtiyac var".

Səmimi qəbul üçün minnətdarlığını bildirən Maltanın xarici işlər naziri C.Vella ölkəmizə səfərindən və burada apardığı danışıqlardan söhbət açıb. Qeyd edilib ki, Malta bir Avropa ölkəsi kimi Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu sahədə parlamentlər də müsbət rol oynaya bilərlər. İqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq ümumi mənafelərə xidmət edir.

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu söyləyərək, atəşkəs rejiminə əməl olunmasını önəmli hesab edib. O, ATƏT-in Minsk qrupunun bu sahədə gördüyü işlərdən danışaraq, problemin həlli üçün danışıqlar prosesinin davam etdirilməsini çıxış yolu kimi dəyərləndirib.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və həyatın digər sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Maltadakı səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

2020-ci ildə neft qiymətləri proqnozlaşdırılandan yüksək olacaq - Dünya Bankı
2020-ci ildə neft qiymətləri proqnozlaşdırılandan yüksək olacaq - Dünya Bankı
"Brent" markalı neftin qiyməti düşüb
"Brent" markalı neftin qiyməti düşüb
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil
Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir
Azərbaycan Prezidenti: Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib
Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat
Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib (FOTO) (YENİLƏNİB)
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
ADA Universitetindən yeni təşəbbüs: “ADA Tarix Yazır”
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN (VİDEO)
Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri (VİDEO)
"Yolumuz Şuşayadır!" (VİDEO)
Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib
Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb
Aydın Səfixanlı: Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir
Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib
Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)
Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır - Deputat
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur - Ərdoğan
Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib (FOTO)
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
Ermənistanın Gəncəyə raket hücumu barədə video hazırlanıb (VİDEO)
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir - Yalçın Topçu
Düşmən itkilər vərərək geri çəkilib
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub - MN
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb
Moskvada koronavirusdan daha 68 nəfər ölüb
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu
Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi (VİDEO)
Fransa Ankaradakı səfirini geri çağırıb
Düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi istifadə olunması müharibə cinayətdir (VİDEO)
Ermənistan döyüşlərdə uşaqlardan istifadə etməyə davam edir (VİDEO)
Hikmət Hacıyev: Ermənilərin hədəfi kənd və mülki şəxslər idi (FOTO)
Ermənistanın xarici işlər naziri də Paşinyan kimi CNN-ə müsahibədə rəzil duruma düşdü - Politoloq
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı (VİDEO)
Gəncədəki erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşının xatirəsi yad edilib (FOTO)
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb (FOTO/VİDEO)
MN: Aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır
MN: Təslim olan ermənilərin üçüncü dövlətlərə keçməsi üçün şərait yaradılacaq
Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib (FOTO)
Bütün xəbərlər