Əli Həsənov: Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir (MÜSAHİBƏ)

Əli Həsənov: Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Trend-ə müsahibəsi

- Əli müəllim, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycanla bağlı hesabatını açıqlayıb. Hesabata münasibətiniz necədir?

- Qeyd etməliyəm ki, Azərbaycan müxtəlif beynəlxalq və xarici qeyri-hökumət təşkilatları ilə daim fəal əməkdaşlıq edir və bu sahədə yaxşı təcrübə toplanılmışdır. Ayrı-ayrı vaxtlarda onların ölkəmizdə bu və ya digər sahələrlə bağlı hazırladıqları və yaydıqları hesabatlara münasibət də fərqli olmuşdur. Obyektiv, mahiyyət etibarı ilə reallığı əks etdirən hesabatlar həmişə həmin qurumlarla müzakirə edilmiş və nöqsanların müəyyən olunduğu halda, onların aradan qaldırılması ilə bağlı real addımlar atılmışdır. Lakin Azərbaycan heç vaxt subyektiv mülahizələrdən ibarət, qərəzli və qeyri-ciddi iddialara əsaslanan sənədləri qəbul etməmiş və bu gün də öz prinsipial mövqeyində qalır.

Qeyd edim ki, hər bir beynəlxalq təşkilatın, xüsusilə də BMT kimi ali qurumun hesabatı müstəqil şəkildə hazırlanmalı, balanslı olmalı, dəqiq və yoxlanılmış faktlara əsaslanmalı, istənilən sahə ilə bağlı həm pozitiv, həm də neqativ məqamlar nəzərə alınmalıdır. Təəssüf ki, cənab Mişel Forstun məruzəsində balans gözlənilməmiş, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı “faktlar” araşdırılmamış, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməmiş və nəzərə alınmamışdır. “Freedom House” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin “hesabatlarında” əksini tapmış mülahizələr olduğu kimi həmin sənədə köçürülmüşdür.

İnsan hüquqlarından danışarkən, xüsusi məruzəçi həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi. Lakin təəssüflə qeyd etməliyəm ki, ölkəmiz üçün taleyüklü məsələ hesab edilən qaçqın-köçkün problemi diqqətdən kənarda saxlanılmışdır. Təsadüfi deyil ki, mətbuat konfransında cənab Forst öz mandatını əsas gətirərək, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi və onun nəticələrinə toxunmayacağını bəyan etmişdir. Bu da onun Azərbaycana qarşı münasibətinin və ermənipərəst mövqeyinin açıq göstəricisidir. Burada söhbət mandatla müəyyən olunmuş səlahiyyətlərdən deyil, Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış humanitar vəziyyətin ümumi duruma mənfi təsirindən gedir ki, bu məqam da beynəlxalq hüquq məsələləri ilə məşğul olan hər bir şəxsin, xüsusilə də BMT-nin məruzəçi missiyasını yerinə yetirən rəsmi nümayəndənin diqqətində olmalıdır.

Düşünürəm ki, cənab Forst Ermənistanla bağlı analoji hesabatında bu ölkədəki vəziyyəti az qala İsveçrə, Almaniya və ya Fransa ilə bir səviyyəyə çatdırmağa cəhd göstərəcəkdir. Ermənistanda insan hüquqlarının total şəkildə pozulması, QHT-lərə təzyiqlər və digər bu kimi məsələlərin o hesabatda əksini tapacağı şübhə doğurur.

Xüsusi məruzəçi bir çox məsələlərdə olduğu kimi, hökumətlə vətəndaş cəmiyyəti sektoru arasında dialoqun olmamasını iddia etməklə ciddi yanlışlığa yol vermişdir. Bunun da əsas səbəbi odur ki, cənab Forst Azərbaycanda yalnız ona lazım olan QHT-lərlə görüşmüşdür. Həmin QHT-lərin hesabatlarında isə adətən hökumətin ardıcıl şəkildə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər təşkil etdiyi, onların problemlərini öyrəndiyi və həlli istiqamətində addımlar atdığı barədə informasiyalar gizlədilir. O ki qaldı QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişikliklərlə bağlı iradlara, qeyd etməliyəm ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində şəffaflığın təmin olunması ilk növbədə BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin marağında olmalıdır.

Həbslər məsələsinə gəldikdə, cənab Forstun mülahizələri onu deməyə əsas verir ki, o, cinayətlərin xarakteri və cinayət materialları ilə ümumiyyətlə tanış olmamışdır. Əgər tanış olsaydı, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxsin barəsində “internetdəki fikirlərinə görə cinayət işi açılıb” ifadəsini işlətməzdi. Bu, ən azından peşəkarlıq məsələsidir. Həmçinin, cənab Forst maliyyə çətinliyi ilə üzləşən və buna görə də fəaliyyətini dayandıran hər hansı KİV-lə bağlı yaranmış vəziyyətin məsuliyyətini hökumətin üzərinə yıxmazdı. Ümumiyyətlə, həmin hesabatda və xüsusi məruzəçinin məntiqində ziddiyyətlər, qeyri-dəqiqlik, faktların təhrif olunması halları o qədər çoxdur ki, bu, cənab Forstun ekspert kimi səriştəliliyini ciddi şübhə altına qoyur.

Bütün bunlara görə, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir.

- Siz bu hesabatın həm də sifarişli olduğunu qeyd etdiniz. Buna səbəb nədir?

- Bilirsiniz ki, Azərbaycan demokratik, hüquqi dövlətdir, ölkədə bütün məsələlər qanun çərçivəsində tənzimlənir, hakimiyyət bölgüsü qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında tarazlılığı təmin edir. Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq və digər azadlıqlar təmin olunmuşdur. Yüzlərlə KİV, QHT, onlarla siyasi partiya fəaliyyət göstərir, ictimai-siyasi proseslərdə fəallıqları ilə seçilir, öz mövqelərini açıq şəkildə bəyan edirlər.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcəkdir. Konstitusiya islahatları son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Bu təşəbbüs dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçirilən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına yönəlmişdir.

Artıq bəzi xarici dairələrin davranışı onu deməyə əsas verir ki, hər dəfə xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşan və ölkəmizi hədəfə götürən qüvvələr bu dəfə də Azərbaycana xüsusi münasibətlərini büruzə verirlər. Təsadüfi deyil ki, sentyabrın 20-də Avropa Şurasının Venesiya Komissiyası referendumla bağlı öz qərəzli rəyini açıqladı. Adətən Venesiya Komissiyası tez-tələsik şəkildə hər hansı qanun layihəsinə rəy yazmır və qarşı tərəfin də mövqeyini öyrənir. Ancaq bu dəfə referendum layihəsi ilə bağlı bütün prosedurlar pozulmuş və AŞPA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində tələm-tələsik rəy hazırlanaraq yayılmışdır. Bununla da Azərbaycan tərəfi öz mövqeyini bildirmək hüququndan məhrum edilmişdir. Venesiya Komissiyasından dərhal sonra BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi hesabat açıqlayaraq Azərbaycanı hədəfə götürmüş və ola bilsin ki, qarşıdan gələn bir neçə gün ərzində başqa təşkilatlar və məlum xarici QHT şəbəkəsi hansısa bəyanatlar versinlər və hesabatlar açıqlasınlar.

Hesab edirəm ki, bütün bunlar bir mərkəzdən idarə olunan prosesin tərkib hissəsidir və referendumla bağlı Azərbaycan hakimiyyətinin siyasi mövqeyinə, xalqın iradəsinə təsir göstərmək məqsədi daşıyan sifarişli kampaniyadır. Düşünmürəm ki, bu cəhdlər hansısa səmərə versin.

Azərbaycan hakimiyyəti xalqın maraqlarından çıxış edir, onun qarşısında məsuliyyət daşıyır və öz siyasətini davamlı inkişaf, sosial rifah, dövlətçiliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, problemlərin milli maraqlar çərçivəsində həlli və digər bu kimi meyarlar üzərində qurur. Azərbaycan xalqı da Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti hərtərəfli dəstəkləyir və öz liderinin arxasınca gedir. Buna görə də Azərbaycanı düzgün inkişaf yolundan çəkindirməyə hesablanmış bütün cəhdlər iflasa məhkumdur.

Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Loading Bars
Xəbər lenti
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb (FOTO)
Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib
Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur - Fransa parlamentinin fəxri üzvü
ABŞ-ın Los-Anceles dairəsinin hakimiyyəti sakinlərə evdən çıxmamağı tövsiyə edib
Üsyançılar Eritreya paytaxtına raket atıblar
Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub
ABŞ-da koronavirusa yoluxanların sayı 13 milyonu keçdi
"OPEC plus" nazirlər komitəsinin qeyri-rəsmi görüşü təxirə salındı
Bakıda gözətçi köşk yanıb, 1 nəfər ölüb
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb
Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
İranda sui-qəsd: Nüvə-raket alimi öldürüldü
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr olub
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
Bütün xəbərlər