...

Pakistanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 14 Oktyabr 2016 10:28 (UTC +04:00)
Azərbaycana rəsmi səfərə gələn Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin bu gün rəsmi qarşılanma mərasimi olub.
Pakistanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Bakı. Trend:

Azərbaycana rəsmi səfərə gələn Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin bu gün rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.

Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Pakistanın Baş naziri Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif rəsmi foto çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti