...

Tehran Xəzərin hüquqi statusu üzrə konsensusun əldə ediləcəyinə ümid edir

Siyasət Materials 23 Oktyabr 2016 16:45 (UTC +04:00)

Bakı. Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xəzəryanı ölkələrin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin razılaşdırılması prosesini sürətləndirməyə çağırıb.

Bu gün Tehranda xüsusi işçi qrupunun xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması dair 47-ci iclası işə başlayıb.

İranın xarici işlər naziri Məhəmməd Cəvad Zərif xüsusi işçi qrupunun iclasında çıxışı zamanı Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması başa çatdırmağa çağırıb:"Yaxın vaxtlarda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın işlərin tam başa çatdırılmasına ümid edirik".

O, həmçinin Xəzər dənizinin mühitinin qorunmasına çağırıb.

İclasda Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti