...

Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Siyasət Materials 6 Dekabr 2016 18:02 (UTC +04:00)
Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Tailandın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tailand xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti