Bakı. Anaxanım Hidayətova - Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycanla imzalanacaq yeni sazişlə bağlı bir sıra mühüm planlar hazırlayır.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə deyib.
Onun sözlərinə görə, Avropa tərəfi bu sazişin əməkdaşlığın bir çox sahələri – iqtisadiyyat, ticarət, effektiv idarəetmə, humanitar əlaqələri əhatə etməsini arzu edir.