...

Valdis Zatlers: Bakı Qlobal Forumu dünyada baş verən mühüm proseslərlə bağlı vacib platformaya çevrilib

Siyasət Materials 16 Mart 2017 12:01 (UTC +04:00)
Bakı Qlobal Forumu artıq ənənə halını alıb və hər il daha böyük uğurlar əldə edir.
Valdis Zatlers: Bakı Qlobal Forumu dünyada baş verən mühüm proseslərlə bağlı vacib platformaya çevrilib

Bakı. Elçin Mehdiyev – Trend:

Bakı Qlobal Forumu artıq ənənə halını alıb və hər il daha böyük uğurlar əldə edir.

Trend-in məlumatına görə, bunu Latviyanın keçmiş Prezidenti Valdis Zatlers jurnalistlərə deyib.

O qeyd edib ki, Forumda dünyanın bir çox ölkələrinin keçmiş və indiki dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər iştirak edirlər: "Qlobal forum dünyada baş verən hadisələr, qlobal inkişaf və digər mühüm proseslərlə bağlı fikirlərin formalaşdırılması üçün mühüm bir platformaya çevrilib. İnsanlar burada öz fikirlərini, baxışlarını və təcrübələrini bölüşürlər. Düzdür, qlobal proseslərlə bağlı fikirlər formalaşdırmaq o qədər asan olan bir iş deyil, lakin biz öz işimizdən yorulmuruq və inanırıq ki, hər il bu istiqamətdə daha böyük uğurlar əldə edəcəyik".

Qeyd edək ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti