...

Azərbaycan tvinninq layihələrinin sayına görə "Şərq Tərəfdaşlığı" ölkələri arasında liderdir

Siyasət Materials 7 Aprel 2017 10:22 (UTC +04:00)
Azərbaycan tvinninq layihələrinin sayına görə "Şərq Tərəfdaşlığı" ölkələri arasında liderdir.
Azərbaycan tvinninq layihələrinin sayına görə "Şərq Tərəfdaşlığı" ölkələri arasında liderdir

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan tvinninq layihələrinin sayına görə "Şərq Tərəfdaşlığı" ölkələri arasında liderdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O qeyd edib ki, Avropa İttifaqı indiyə kimi Azərbaycanla 45 tvinninq layihəsi həyata keçirib:

"Biz bundan çox məmnunuq. Bu layihələr həm Azərbaycan, həm də Avropa İttifaqı üçün uğurlu olub və tərəflər arasında münasibətlərin möhkəmlənməsinə təkan verib. Son illər Azərbaycanda tvinninq layihələrində mindən çox ekspert işləyib, Aİ-yə 100-ə yaxın səfər təşkil olunub. Ən uğurlu layihələr sosial müdafiə, ekologiya, statistika və digər sahələrdə həyata keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti