Bakı. Ləman Zeynalova - Trend:
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi iyunun 13-14-də Bakıda keçiriləcək.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu çərçivəsində jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M.Mard qeyd edib: "Biz bu məsələ ilə bağlı daim danışıqlar aparırıq. Artıq gələn həftə iki nümayəndə heyəti danışıqlar üçün səfər edəcək".